TƏBRİZİN KÜÇƏLƏRİ…

001Və ya şeir deyişməsi, Azərbaycan musiqisi, Təbriz mətbəxi və yeraltı şəhər

Atamın anası ölüm yatağında idi. Səhv etmirəmsə onda heç məktəbə də getmirdim. Atam məktəbdən gələn kimi hər gün böyük əmimlə yaşayan nənəmgilə gedirdik. Növbəti dəfə gedəndə nənəm zəif və çox çətin anlaşılan səslə atama “Təbrizi görə bilmədim” dedi. Əvvəlcə ağlıma başqa şey gəldi.

QƏRİB MƏZARA GEDƏN YOL

000Və ya uzaq ziyarətimizdə başımıza nələr gəldi?

Yaradanın insanlığa göndərdiyi xilaskarlar, nur saçan şəxsiyyətlər az olmayıb. Hər dövrün, hər məmləkətin özünəməxsus Ağ Yol carçıları olub. Onlar bütün məşəqqətlərə sinə gərərək insanları həqiqət işığına, inam işığına dəvət ediblər. Belə mübarək simalardan unudulanı da var, yaddaşlarda qalanı da.

QARAÇI GÜNÜ

qaraci88 aprel Ümumdünya Qaraçılar Günüdür

Onlar toy günü gəlini çuvala salırlar

Desəm, uşaqlıqda qaraçılarla bir yerdə yaşamışam, bəlkə də inanmazsınız. Bu, təxminən 4-7 yaşlarımda olub. O vaxt Bərdədə yaşayan ana babamgildə, köhnə bazarın yanında qalırdım.

20 İL SONRA BİR ARADA

007Hər kəs yaşının az və ya çoxluğuna baxmayaraq, içindəki ruh halını sabit saxlayır

1990-cı ilin 19 iyulu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (o vaxt İncəsənət İnstitutu adlanırdı – S.R.) qəbul imtahanının sonuncu günü – tarix imtahanı idi. “Dram və kino aktyoru” fakültəsinə 30 nəfər tələb olunurdu. 300-ə yaxın abituriyentdən isə sonuncu sınağa cəmi 36 nəfər qalmışdıq.

KÜRD DÖVLƏTİNİN YARANMASI QAÇILMAZDIRMI?

140916-ebola-mn-730_5faf8a75b9c9625e4c3552e128106b71Və ya bir mərkəzdən idarə olunan İŞİD, Ukrayna və “Ebola” üçlüyü

2014-cü ilin sonuna yaxınlaşırıq. Bu il həm fərdlərin, həm cəmiyyətlərin, həm də xalq və dövlətlərin həyatında çox dərin izlər qoymaqdadır. Dünyamız son 5 ilin ən mürəkkəb olaylarından keçir – sonu konkret bilinməyən və uzandıqca uzanan olaylarından.

DÜNYANIN QORUNAN SİRLƏRİ

1187136_234563343364089_1104582604_nVə ya mənə şok yaşadan nəsnələr

Bu yaxınlarda milli xəbər portallarımızda maraqlı bir informasiyaya rast gəldim. Orada deyilirdi ki, dünyanın çox güclü qorunan üç sirri var. “İki kişinin bildiyi sirr deyil”sə də, burada söhbət onun böyük kütlədən, media və siyasətçilərdən saxlanmasından gedir. İnformasiya ümumən doğru olsa da, çox bəsitdir, çünki dünyada gizlədilən, burnumuzun ucunda olsa belə, xəbərimiz olmayan çox haqq-hesablar var.

“VƏTƏNLƏ OYUN OYNAMAQ OLMAZ”

shahmar1Avqustun 23-ü Şahmar Ələkbərovun doğum günüdür!

Milli kinomuzda öz dəsti-xətti ilə seçilən xalq artisti Şahmar Ələkbərov haqqında hər bir oxucumuzun, yəqin ki, müəyyən qədər məlumatı var. Lakin bu böyük sənətkarın həyatında elə anlar, məqamlar da var ki, çoxunuza bəlli deyil. Həmin məqamlardan biri haqqında danışmaq mənim payıma düşür. Şahmar kimi böyük sənətkarla nə vaxtsa bir səhnədə olacağımı heç vaxt ağlıma gətirməzdim. Belə bir şərəfə nail olmağıma görə həmişə fərəh hissi duyuram. Şahmar kimi bir insanla müəllim – tələbə münasibətində olmaqdan böyük səadət ola bilərmi?

YARIMÇIQ MİSSİYA

1992_1029_Ankara_Parad(Əbülfəz Elçibəyin xatirəsinə)

İlahi məntiqə görə, hər bir insan dünyaya hansısa bir missiyanı yerinə yetirmək üçün gəlir. Və müəyyən zaman ölçüsündə bu öhdəliyi yerinə yetirib yenidən Haqqın dərgahına qayıdır. Eləsi olur ki, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Puşkin, Lermontov, Yesenin kimi gənc yaşlarında, eləsi də olur, ahıl çağlarında bu missiyanı sona çatdırır.

RAMAZAN DÜŞÜNCƏLƏRİM

ramazan111111Bu dünyanın özü kimi üzərində olan nəsnələr də sonludur – sıradan çıxan, xarab olandır. Əslində gözümüzlə gördüklərimiz arasında xarab olmayan, lazımsız hala düşməyən bir şey yoxdur. Geyindiyimiz paltardan, yediyimiz qidalardan, təbiətin bizə verdiyi nemətlərdən tutmuş, idarə etdiyimiz avtomobilə, yaşadığımız evə, işlətdiyimiz texniki cihazlara qədər çox şeylər sıradan çıxır, lazımsız olur.

“Türkiyə qaynayır və bu qaynarlıq mütləq partlayışa gətirəcək”

SAM_5114ANKARA – SİYASİLƏŞMİŞ ŞƏHƏR

2-ci MƏQALƏ

Nəhayət, iki gün sonra Ankaraya dönmək zamanım çatdı. Rafiq müəllimlə sağollaşıb “KENT” şirkətinin avtobusuna əyləşdim. Saat 13-də yola düşdük. Sürücü elan etdi ki, saat 18:30-da Ankaraya çatacağıq. Təxminən 3 saat yol getmişdik ki, avtobusun arxası tüstüləməyə başladı.