“Onun alnına yazılıb”, “taleyi belə imiş”, “onun bəxti gətirmir” və ya “köynəkdə doğulub”, “bəxti gətirir”, “taledən qaçmaq olmaz” bu cür deyimlər bütün xalqlarda mövcuddur. “Tale”, “qismət”, “alın yazısı” və sairənin nə olduğunu çoxları özünəməxsus tərzdə başa düşür. Hal-hazırda “tale” sözünün əvəzində “karma” sözünü (bəzən varisliyi də bu cür adlandırırlar) işlədirlər, lakin bu sözün mənası daha genişdir.
I bölüm
Əvvəla hər bir insanın həqiqətən də, öz taleyi, öz ömür öhdəliyi var və həmin öhdəliyi yalnız insanın özü yerinə yetirməlidir. Bu istiqamətdə insana mane olan qüvvələr də, kömək edən qüvvələr də çoxdur. Bundan başqa, insanın özünün də iradəci var və bu, bir çox hallarda həlledici rol oynayır. Riyaziyyatçıların dediyi kimi, insan həyatı bütün bu komponentlərin qarşılıqlı təsirinin nəticəsidir. Karma sözünün əsasında, bütün reallığın Yaradanın (bəzən deyirlər, Kosmosun, Mütləqin, Allahın) iradəsi ilə idarə olunduğu durur.
Wilson Mərkəzinin məlumatına görə hazırda ABŞ-da təxminən 6 milyon müsəlman yaşayır.
Amma bu rəqəm xeyli mübahisəlidir. “The Pew” araşdırmalar Mərkəzi bu ölkədəki müsəlmanların sayını 2.5 milyon, Amerika İslam Əlaqələri Şurası isə 7 milyon nəfər göstərir.
ABŞ müsəlmanlarının təxminən 68 %-i Amerikadan doğulmayıb və əslən 80-ə yaxın müxtəlif xarici ölkəni təmsil edirlər.
Amerika müsəlmanlarının çoxu gənclərdir, onlar yaxşı təhsilli, orta ABŞ vətəndaşından daha yaxşı təminatlı insanlardır. Müsəlman ailərlərinin orta gəliri ildə təqribən 50 000 dollardır.
Ermənilərin Dağlıq Qarabağı ələ keçirmək cəhdləri gəlmə və torpaqsız xalqın ərazi iddialarının tərkib hissəsidir. Müxtəlif ölkələr gəlmə xalqların bu cür iddiaları ilə dəfələrlə rastlaşmışlar. Bu tarix üçün yeni bir hadisə deyildir. Ermənilər də Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən gəlmiş və yaxud gətirilmişlər. Qarabağda həmişə Azərbaycan tayfaları yaşamış və bu ərazi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. “Dağlıq Qarabağ” ifadəsi isə XX yüzillikdə Sovet Rusiyasının rəhbərliyi tərəfindən uydurulmuşdur. Qarabağ əraziləri qədim dövrdə “Arsax” adı ilə (“Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir) Albaniya dövlətinin (e.ə.IV-e.VIII əsrlər) tərkibində olmuşdur. Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla daha geniş torpaqlara malik idi. Albaniyanın qərb sərhədləri Göyçə gölündən keçməklə indiki Ermənistan deyilən ərazilərin böyük hissəsini əhatə edirdi. O dövrdə bu ərazilərdə erməni elementləri yox idi.
Astronomiya müşahidə elmidir. Astronomiyada göy cisimləri haqqındakı bütün bilgilər uzun astronomik müşahidələr nəticəsində əldə edilir. Ilk əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahidələr xeyli mükəmməlləşdi, bu da göy cisimləri haqqında bilgilərin qat-qat zənginləşməsinə səbəb oldu. 1957- ci ildə Yerin ilk süni peykinin buraxılması ilə astronomiyada yeni bir dövr başlandı. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması və nəhayət Aya uçuşla astronomiya müşahidə elmi çərçivəsindən çıxdı və qismən eksperimental elmə çevrilməyə başladı.
Ayın qaranlıq tərəfinin fotoları çəkilib. İlk dəfə olaraq NASA-nın hazırladığı Ayın görünməyən hissəsinin detallı xəritəsi internet səhifəsində yerləşdirilib. Xəritənin hazırlanması LOLA adlı lazer hündürlükölçən cihaz və genişbucaqlı WAC kamerası sayəsində mümkün olub.
“Bu elm sahəsi üçün çox qiymətli resursdur. Peykin qaranlıq tərəfi yerdən görünən tərəfindən fərqlənir. Orada əsasən hündür dağlıqlar üstünlük təşkil edir. Bu cür asimmetriya çoxdandır ki, elmi müəmma idi”, deyə NASA mütəxəssislərindən biri bildirib.
Qeyd edək ki, ilk dəfə Yerin peykinin digər üzünü alimlər 1959-cu ildə sovet kosmik aparatı olan “Luna-3″ ilə çəkmişdilər. NASA əməkdaşı Qeorqi Neymanın sözlərinə görə, yeni xəritə köhnəsindən daha dəqiq olması ilə fərqlənir.
Ayın qaranlıq üzü elm dünyasını ən çox maraqlandıran sahələrdəndir. ABŞ-ın “Lockheed Martin” şirkəti 2016-2018-ci illərdə qaranlıq tərəfə uçuşu planlaşdırır. Bunun üçün “L2-Farside” missiyası da hazırlanır.
Ulduzlar sistemində ilk yeri tutan Qoç bürcü martın 21-dən aprelin 20-nə qədər olan müddəti (31 gün) əhatə edir. Ünsürü od, planeti Mars və Gü-nəş, xoşbəxt rəqəmi 9 (9 işlənən bütün rəqəmlər), astroloji rəngi moruğu, qırmızı, sarı-qızılı və bütün parlaq rənglər, qiymətli daşları almaz, akvama-rin və ametistdir.
Bu Zodiak işarəsi astronomik baxımdan o qədər də diqqəti cəlb etmir. Belə ki, səmanın Şimal yarımkürəsində yerləşən Qoç bürcündə müşahidə edi-lən obyektlər yoxdur. Zodiakı əhatə edən 12 bürc arasında yeganə qəmli duruş da məhz Qoçlara aiddir. Sözügedən işarənin daşıyıcıları həyatın həl-ledici məqamlarında təklənir, kədərli hadisələrə yuvarlanırlar: ağrı-acılar, it-kilər, uğursuzluqlar və s.
Kəhkəşanda 2 milyarda yaxın planet var. Kosmik fəzadakı “Kepler” teleskopu vasitəsilə əldə olunmuş məlumatları təhlil edən astronomlar belə nəticəyə gəliblər.
2011-ci ilin fevralından bəri teleskop ulduzdların parlaqlığını müşahidə edərək Günəş sistemindən kənarda planetlər axtarır. Planet Günəşin diski orbitindən keçəndə çox qısa müddətə onun şüalanmasını azaldır. Belə “gözvurma”ları araşdıran alimlər planetin mövcudluğu ilə yanaşı, onu ölçüsü və öz oxu ətrafında fırlanma tezliyini də müəyyənləşdirirlər.
Beləliklə, elmə məlum olan ekzoplanetlər, yəni Günrəş sistemindən kənarda olan planetlərin sayı artıq 1235-ə çatıb.
Alimlərin fikrincə, Günəş sistemindən kənarda 50 milyarda yaxın planet var ki, onların 2 milyardı Kəhkəşandadır. Həmin planetlərin arasında isə artıq 12 səma cismininin Yerlə “əkiz” olduğu müəyyənləşib.
Siyasət xəyanət və varlanmaq ehtirasıdır
Səbuhi Rəhimli ilə tanışlığımın tarixi beş il öncəyə söykənir. Qəzetdə 4-cü yazım çıxandan sonra zəng vurub görüşmək istədiyini dedi. Elə dostluğumuzun təməli də oradan başlandı. Səbuhi bəy tərifdən xoşlanmasa da, onu deməliyəm ki, bəlkə də ilk yazılarımı çap etməsəydi, bu gün heç davamını da gətirməz, sadəcə “Qoroskop”un sadiq oxucusu olaraq qalacaqdım. Bu beş il ərzində çox şey öyrəndim ondan: həyatda əzmkar olmağı, səbr göstərməyi, gələcəyə ümidlə baxmağı, insanlara doğru münasibəti, ən əsası hər bir fərdin bir vəzifəyə yükümlü olduğunu. Əgər əvvəllər Səbuhi Rəhimlini sadəcə sevimli qəzetimin baş redaktoru olaraq tanıyırdımsa, ötən beş ildə onun dərinliyi bilinməyən iç dünyasını anladım. Əslində demək istədiyim çox şeylər var, amma onları özümdə saxlamağı daha uyğun bilirəm. Bu gün isə sizlərə tam başqa bir Səbuhi Rəhimlini təqdim etmək istəyirəm. Beləliklə…
Səbuhi Rəhimli: “Mart kiçik qiyamət vəd edir”
Dilqəm Əhməd: “Avesta və Zərdüşt”
Sultan Laçın: “Kredit, sələm, cəhənnəm”
İllik Avesta qoroskopu
On min illik Türk bayramı-Ergenekon
Zərdüşt bayramları: Novruz
Bütyonan
Astroloji tövsiyələr
Astroloji proqnozlar